Bakının Sabunçu rayonunda qum karxanasında kranla beton lövhə arasında qalan kişi ölüb.
Baş Prokurorluğun mətbuat xidməti daxil olmuş sorğulara cavab olaraq bildirib ki, hadisə martın 26-da rayonun Nardaran kəndi ərazisindəki qum karxanasında qeydə alınıb. “1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır”, - deyə məlumatda bildirilib.