Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azindən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Bu ilin fevral ayında Azərbaycan Respublikasında keçirilmiş seçkilərdə əldə etdiyiniz qələbə münasibətilə Sizə böyük məmnunluq hissi ilə təbriklərimi çatdırıram.

Mən xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrini davam etdirmək arzusunda olduğumu bildirirəm.

Ümidvaram ki, Sizin rəhbərliyiniz bundan sonra da bütün Azərbaycan xalqına firavanlıq gətirəcəkdir.

Hörmətlə,

 

Daniel Noboa Azin

Ekvador Respublikasının Konstitusional Prezidenti

Məktublar