Gəncənin Regional Kollecində Novruz şənliyi

post-img

Gəncə Regional Kollecində Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib. 

Kollecin direktoru, dosent İlqar Kubışov çıxış edərək demişdir ki, novruz əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rolu olan bir bayramdır. 

Kollecin məzunu, Şəhid Amal Əhmədovun anası Mehriban Əhmədova novruz bayramının qədim ənənələrindən danışıb və deyib ki, bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir. 

Kollecin mədəniyyət və incəsənət şöbəsinin müəllim və tələbələrin ifasında muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

Bayram şənliyi Kollecin həyətində alovlandırılan möhtəşəm Novruz tonqalı onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılanıb.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri

 

 

 

 











Sosial həyat