Dəmlənmiş mixək – zəhərləri əridək

post-img

Müalicəvi təsiri ilə min illərdir istifadə edilən mixək çaya əlavə olunduqda bədəndən toksinləri təmizləyir və xroniki xəstəliklərdən qoruyur. Mütəxəssislər bədənin müqavimətini artıran mixəkdən faydalanmağın vacibliyinə diqqət çəkirlər.

Görəsən, mixəyin başqa hansı müalicəvi təsirləri var? Müalicəvi effekti ilə tanınan mixək yüksək miqdarda antioksidant ehtiva edir. Bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə zərərini azaldır və xərçəngdən qoruyur. 

Mixək yağı və ya çaya əlavə edilən bir neçə ədəd mixək bədəndəki ağrıları aradan qaldırmaq xüsusiyyətinə malikdir. Xüsusilə baş ağrısı, diş ağrısı və əzələ ağrıları zamanı faydalıdır. Soyuqdəymə və öskürək kimi problemləri kökündən həll edir. 

Mixək həzm sistemini tənzimləyir və ürəkbulanma  kimi problemləri aradan qaldırır. Diş əti xəstəliklərindən qoruyan mixək ağızdakı yaraların sağalmasına da kömək edir. Mixək maddələr mübadiləsini sürətləndirir, beləliklə yağların yandırılmasını asanlaşdırır. Stressi azaldan mixək aromaterapiya tətbiqlərində də istifadə edilir. 

Mixək çayı bədənin müqaviməti ilə yanaşı, sakitləşdirici xüsusiyyəti ilə yuxu keyfiyyətini də artırır. 

Z.HÜSEYNLİ  

XQ

Sosial həyat