Pentaqon Ukraynaya ayırdığı hərbi yardımı izləmək üçün internet saytı açıb

post-img

Saytda amerikalılar ABŞ-ın Kiyevə verdiyi silah və avadanlıqlara nəzarətin necə həyata keçirildiyi barədə məlumat əldə edə biləcəklər.

Çərşənbə axşamı Pentaqonun baş müfəttişliyi amerikalılara Ukraynaya göndərilən ABŞ silah və avadanlıqlarına nəzarət haqqında daha çox məlumat vermək üçün yeni vebsayt yaradıb.

The Hill yazır ki, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttişlərinin ofisi ilə koordinasiyada istifadəyə verilən yeni veb sayt Konqresdəki respublikaçıların Ukrayna üçün yeni vəsaitlərin ayrılmasına mane olmağa davam etməsi və müharibə bürüyən ölkəyə çatdırılan silahların düzgün uçotunun aparılıb-aparılmaması fonunda ortaya çıxıb. 

"Ukraine Oversight " internet saytında Ukraynaya Nəzarət üzrə İdarələrarası İşçi Qrup kimi tanınan ABŞ-ın 20 müşahidə agentliyinin işi haqqında məlumat verilir. Onlar Ukraynaya verilən yardımın təyinatı üzrə istifadə olunmasını təmin edirlər. Sayt, həmçinin Ukraynaya yardımla bağlı hər hansı fırıldaqçılıq, israfçılıq və ya sui-istifadə iddialarını bildirmək üçün əlaqə məlumatlarını təqdim edir.

Pentaqonun baş müfəttişi Robert Storç açıqlamasında bildirib ki, vebsayt “insanların ABŞ-ın Ukraynaya yardımı üçün vergi ödəyicilərinin dollarlarından istifadəsinə nəzarət üzrə geniş səylərimiz haqqında daha çox məlumat əldə etmək üçün rahat bir pəncərə vasitəsidir”. Saytda Ukraynaya Nəzarət üzrə Qurumlararası İşçi Qrupun səylərini təsvir edən video ilə salamlama səhifəsi, həmçinin Ukraynadakı müharibə və ABŞ-ın dəstəyi ilə bağlı məlumat var.

Dövlət Departamentinin baş müfəttişinin səlahiyyətlərini icra edən Diana Şou “Ukraynaya nəzarət bizim bir nömrəli prioritetimizdir” deyib və yeni internet saytını “Amerikalı vergi ödəyicilərini məlumatlandırmaq üçün” yeni vasitə kimi qiymətləndirib.

S.ELAY

XQ

Dünya