Ümumi çəkisi 18,3 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 18-də ümumi çəkisi 18,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 10,4 kiloqrama yaxın heroin, 7,9 kiloqrama yaxın marixuana və metamfetamin, həmçinin 111 ədəd metadon həbi olub.  

Bu istiqamətdə mübarizə davam etdirilir. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat