Oğurluq edənlər ələ keçdilər

post-img

Nəsimi rayonu ərazisində müxtəlif vaxtlarda 2 mağazadan oğurluq etməkdə şübhəli bilinən N.Bağırov saxlanılıb. Məlumatı DİN mətbuat xidməti verib. 

Məlumata görə, bununla bağlı əməliyyat Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının tərəfindən keçirilib. Həticədə rayon ərazisində müxtəlif vaxtlarda 2 mağazadan ümumilikdə 2900 manat pul oğurlamaqda şübhəli bilinən  əvvəllər məhkum olunmuş N.Bağırov müəyyən olunaraq saxlanılıb. 
Araşdırma aparılır. 

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) axtarışda olan R.Mahmudlu saxlanılıb. 
Araşdırmalarla onun Sahil qəsəbəsi ərazisində içərisində 2000 manat qiyməti olan təmir alətləri ilə birlikdə 8000 manat dəyərində konteyner oğurlaması da müəyyən edilib.

P.ƏMİRCANOV

XQ

Sosial həyat