Rayon mərkəzi stadionunda Ağstafanı müxtəlif yarışlarda layiqincə təmsil edən "Dilbaz Atçılıq Kompleksi" MMC-nin komandasının oyununu icra hakimiyyətinin başçısı Seymur Orucov, rayonun digər məsul şəxsləri və ictimaiyyət nümayəndələri izləyib.
Tədbirdə xalqımızın minilliklər boyu qoruyub saxladığı milli dəyərlərimizdən olan atüstü oyunlardan söhbət açılıb və qeyd edilib ki, son illərdə belə milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, gənc nəsildə bu sahəyə marağın oyadılması istiqamətində dövlətimiz tərəfindən xeyli iş görülüb. Ölkəmizin hər yerində, o cümlədən Ağstafa rayonunda idmanla yanaşı turizmin inkişafına töhfə verən atçılıq sahəsi daim dövlətimizin qayğısı ilə əhatə olunur.
Hamlet Qasımov, XQ-nin bölgə müxbiri, Ağstafa.