İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri nəticəsində kütləvi məzarlıqlardan əlavə tək-tək 2022-ci ildə 32, 2023-cü ildə 60, 2024-cü ildə 4 nəfər olmaqla ümumilikdə 107 şəxsin meyit qalıqları aşkar edilərək götürülüb.
AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Baş Prokurorluğunun və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkil etdiyi Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair keçirilən brifinqdə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.
O bildirib ki, bu statistikaya kütləvi məzarlıqlarda aşkarlananlar aid deyil.