Türk qurumları arasında əməkdaşlıq genişləndirilir

post-img

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Bakıya işgüzar səfəri çərçivəsində Türk Dil Qurumunun başqanı professor Osman Mert və Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkərlə görüşüb.

Görüş zamanı tərəflər Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universiteti ilə birgə bu il Türküstan şəhərində təşkil olunacaq yay məktəbi proqramı üzrə əməkdaşlığa dair protokol imzalayıblar.

Beynəlxalq Türk Akademiyası tərəfindən hər il təşkil olunan yay məktəbinin məqsədi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin və digər qardaş xalqların gənc alimlərinə dəstək olmaqdır.

Qabil YUSİFOĞLU
 XQ

 

 



Təhsil