Dişlərin incidəndir...

post-img

meyvələr isə onu bir az da ağardır

Hər kəs ağ, inci kimi dişlərə sahib olmaq istəyir. Ancaq gün ərzində qəbul edilən çay, qəhvə və s. dişlərin saralmasına səbəb olur. Mütəxəssislərin fikrincə, bəzi təbii üsullarla dişləri ağartmaq mümkündür.

Banan qabığı – Banan tərkibindəki ka­lium, manqan və maqnezium ilə ən faydalı meyvələr arasındadır. Banan qabığının iç tərəfi ilə dişlərinizi ovuşdurmaq onların daha ağ görünməsinə kömək edəcək.

Çiyələk – Tərkibindəki turşu sayəsində dişləri ağartmağa kömək edən çiyələyi soda ilə də qarışdırmaq olar. Çiyələyi əzdikdən sonra dişlərinizə çəkin. Onun effektini artırmaq üçün sonda dişləri soda ilə fırçalamaq lazımdır.

Portağal qabığı – Portağalın qabığı diş­ləri ağartmaqla yanaşı, ləkələri də təmizləyir. Tərkibindəki “d-limonen” maddəsi dişlərin daha ağ görünüş qazanmasına kömək edir. 

Qatıq və soda – Qatıq və soda dişləri ağartmaq üçün əvəzsiz variantlardan biridir. Qatığın tərkibindəki laktik turşu soda ilə bir­ləşib dişlərdəki ləkələri yox edir.

Kokos yağı – Bir çox sahədə istifadə edilən kokos yağı dişləriniz üçün də çox fay­dalıdır. Gündə bir dəfə kokos yağı ilə ağızı yaxalamaq diş minasını gücləndirir və ağız­dakı bakteriyalarla mübarizə aparır. 

Qeyd edək ki, kokos yağı yuxarıda sada­lananlar qədər tez təsir etməsə də, ən təhlükə­siz və dişlərə ən faydalı olan üsuldur.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat