“Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal istiləşməni 1,5 dərəcə saxlamaq məqsədinə nail olmaq yolunu gücləndirəcək”. Bu fikirlər BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensisin XI Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində yer alıb.
D.Frensis COP həmsədrləri üçlüyünün – Azərbaycan, BƏƏ və Braziliyanın fəaliyyətini yüksək qiymətləndirib: “Bizə zəruri transformasiyaya nail olmaq üçün məhz bu tip rəhbərlik lazımdır. Hamımız COP29-un irəli sürüləcək iddialı təkliflərlə uğurlu olmasını gözləyirik”, – deyə o, əlavə edib.
XQ