C vitamininin zəngin mənbəyi olan limon immuniteti gücləndirir və ürək sağlamlığını qoruyur. Zeytun yağının faydalarını isə saymaqla bitməz. Xərçəngə qarşı qoruyucu təsiri olan zeytun yağı ürək sağlamlığını dəstəkləyir, xolesterin səviyyəsini balansda saxlayır, həmçinin xroniki xəstəlik riskini azaldır və iltihabı götürür.
Mütəxəssislər bildirirlər ki, zeytun yağına limon şirəsi əlavə etdikdə, bu, iki qidanın təsiri daha da artır. Qarışım həzm sistemini yaxşılaşdırır, qəbizliyə son qoyur. Böyrək daşlarından xilas olmaq üçün də bu qarışımdan faydalanmaq olar.
Araşdırmalara görə, zeytun yağında olan antioksidantlar döş və həzm sistemində xərçəng növlərinə qarşı qoruyucu təsir göstərir. Eyni zamanda, limonun təsiri ilə xərçəng hüceyrələrinin böyüməsinin qarşısını almaq olar.
Zeytun yağı və limon dəridəki yaraların daha tez sağalmasına kömək edir. Yara nahiyəsində iltihabı aradan qaldırır, dəri toxumasını yeniləyir və çapıqları azaldır.
Qarışımın güclü təsiri üçün 10 damcı limon suyunu 1 qaşıq zeytun yağına sıxmaq kifayətdir. Yaxşıca qarışdırdıqdan sonra içmək olar.
Qəbizlik problemlərində təsirli olması üçün hər səhər ac qarına qəbul etmək məsləhətdir. 15 gün istifadə etdikdən sonra fasilə vermək lazımdır.
Z.HÜSEYNLİ
XQ