Stenford Universitetinin amerikalı astronomları indiyə qədər tapılmış ən ağır qara dəlik cütünü tədqiq ediblər. Obyekt B2 0402+379 elliptik qalaktikada yerləşir. Tədqiqat “The Astrophysical Journal” elmi nəşrində dərc olunub.
Hər böyük qalaktikanın mərkəzində superkütləvi qara dəlik var. İki qalaktika birləşdikdə, onların qara dəlikləri ikili cüt meydana gətirə bilər, yəni bir-biri ilə bağlı orbitdədirlər. Ehtimal olunur ki, bu ikili dəliklər, nəhayət, birləşə bilər, lakin bu, əvvəllər heç vaxt müşahidə olunmayıb.
Tədqiqatçılar ikili qara dəliyi təhlil etmək üçün Havaydakı “Əkizlər Şimalı” teleskopunun məlumatlarından istifadə ediblər. İki dəlik bir-birindən 24 işıq ili məsafədədir və 3 milyard ildən artıqdır ki, beləcə qalıb. Cisimlərin ümumi kütləsi Günəşin kütləsindən 28 milyard dəfə çoxdur.
XQ