Yenə də yağmursuz, arabir isə dumanlı

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən martın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 1-5°, gündüz 7-12° isti olacaq. At­mosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddət­li yağıntılı olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4°, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şax­ta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yol­ların buz bağlayacağı ehtimalı var.

Q.QASIMOV
XQ

Ekologiya