“Qarabağ” – “Bayer”: 27 min bilet satılıb

post-img

Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununa qısa müddət ərzində 27 min bilet satılıb. 

“XQ” xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Qarşılaşmaya hələ 4 gün qalsa da, artıq bi­letlər bitmək üzrədir. Bununla da, məhdud sayda qalan biletlərin satışının qısa müddətdə başa ça­tacağı gözlənilir. 

Qeyd edək ki, “Qarabağ” – “Bayer” oyunu martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:45-də baş­layacaq.

Leyla SABİRQIZI
XQ

İdman