Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib.
Martın 1-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 tapança, 1 ədəd qumbara, 10 ədəd müxtəlif markalı tüfəng və 48 patron təhvil götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər həyata keçirilir. Martın 1-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 8 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ