Qusarlı pedaqoqun paylaşımı

post-img

“Facebook”da bir neçə ildir dostluğumda olan Qusar rayonundan təcrübəli pedaqoq Babacan Zəkiyev belə bir paylaşım edib: 

“Qusar rayonu Sərvər Abdulkərimov adına Balaqu­sar kənd tam orta məktəbinin IX sinif şagirdi Məhəm­məd İsayev Bakı və Xaçmaz şəhərlərində universal döyüş idman növü üzrə keçirilən yarışlarda I yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edirik!”

Məhəmməd İsayevin ölkəmizin şimal regionu üzrə təşkil olunan məsul idman yarışında bütün rəqiblərini geridə qoyaraq, qələbə qazanması onun özü, ailəsi, dostları üçün böyük bir uğurdur. 

Bu, təbii ki, Məhəmmədin şagirdi olduğu məktəbin kollektivi üçün də böyük müvəffəqiyyət sayıla bilər və sözügedən təhsil ocağının direktoru B.Zəkiyev bu müj­dəni sosial şəbəkələrdə yaymaqla istedadlı yeniyetmə idmançının uğuruna yüksək dəyər verib. 

Sözümün canı budur ki, təhsildə, idmanda və s. sahələrdə fərqlənən yeniyetmə və gənclərə diqqət ye­tirmək, onları həvəsləndirmək vacibdir. Bu mənada qu­sarlı məktəb direktorunun paylaşımı təqdir olunmağa layiqdir. 

Təqdim etdi:
M.HACIXANLI
XQ

Sosial həyat