Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib.
Fevralın 28-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat silahı, 1 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 460 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə C.Qasımov şəhər ərazisində saxlanılıb. Ondan “AKM” markalı avtomat silahı, həmçinin heroin və metadon həbi aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ