Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, nazir Kəmaləddin Heydərov tərəfindən Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin qəbulu 2024-cü il fevralın 24-də Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10.00-da keçiriləcək.
Qəbula gələn vətəndaşların qeydiyyatı isə fevralın 23-də Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq.
Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.
Əlaqə nömrəsi: +994 (12) 512-01-14, e-mail: [email protected]