“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

post-img

“YAŞAT” Fondu Vətənin azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə dəstək olmağa davam edir.

“YAŞAT” Fondundan verilən məlumata görə, mehriban, mərd, ünsiyyətli insan kimi tanınan qəhrəmanımız Qəzənfər Abdullayev 1993-cü il mayın 10-da Samux rayonunun Ziyadlı kəndində anadan olub. Hərbçi olmaq uşaqlıq arzusu olub və daim bu yolda irəliləyib. 2020-ci il sentyabrın 27-də Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərə qatılıb və həmin istiqamətdə gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunaraq adını qəhrəmanlıq tarixinə yazdırıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

Sosial həyat