Balqabaqdan hazırlanan şərbət tərəvəzin özü qədər faydalıdır. Bu resept qədim zamanlardan istifadə edilir. Şərbət elə balqabağın içində hazırlanır.
Balqabaq baş tərəfdən qapaq kimi kəsilir, içindəki tumlar təmizlənir və oraya bal doldurulur. Qapaq üstünə qoyulur, sərin, qaranlıq bir yerə saxlanır. 2 gün müddətində şərbət əmələ gəlir.
Şərbət şüşə bir qaba tökülüb soyuducuda saxlanır. Bu şərbətdən səhər ac qarına 100 qram içilir. Qan azlığı olanlar axşam yatmazdan əvvəl də 100 qram içə bilərlər.
Balqabağın tərkibindəki bütün aktiv maddələr bu şərbətin içində var. Şirə gözləri işıqlandırır, tük tökülməsi zamanı faydalıdır, həmçinin təbii antioksidantdır. Dəmir, sink isə qan azlığı, halsızlıq, yorğunluq, başgicəllənmələri zamanı faydalıdır.
Tərəvəz damarların iç divarını təmizləyir, pis xolesterin səviyyəsini aşağı salır, bağırsaq qurdlarına qarşı, dalaq və qaraciyər böyüməsi zamanı faydalıdır.
Böyrək çatışmazlığında və iltihabında, prostat vəzin böyüməsi zamanı istifadə edilir. İmmuniteti yüksəldir, sonsuzluq zamanı da faydalıdır.
Z.BAYRAM
XQ