Yağıntı olmayacaq, dumanlı keçəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən fevralın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bəzi yerlərdə arabir duman ola­caq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 4-7°, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 753 mm civə sü­tununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonla­rında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 17-22°, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya