Azərbaycan – mədəniyyətlərarası dialoq və birgəyaşayış məkanı

post-img

Çin Xalq Respublikasının “Voyage” jurnalı Azərbaycanı “2023-cü il üzrə Mədəniyyət Destinasiyası” mükafatına layiq görüb. Dövlət Turizm Agentliyindən mətbuata bil­dirilib ki, mükafatlandırma mərasimində Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi tutduğu mövqe və nüfuzu xüsusi qeyd olunub.

Tədbir zamanı UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan Şirvanşahlar Sarayı və Qız qalası ilə birgə İçərişəhər, Qobustan Qayaüs­tü İncəsənəti Mədəni Landşaftı, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, “Xınalıq və Köç yolu" mədəni landşaftı kimi tarixi irs əraziləri haqqında geniş məlumat tədbir iştirakçılarının diqqə­tinə çatdırılıb.

Sözügedən məkanlar haqqında informasiya Azərbaycan Turizm Büro­sunun təşəbbüsü ilə “Voyage” jurna­lının “Weibo” sosial platformasındakı səhifəsində dərc olunaraq milyonlarla səyahətçiyə Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı ya­radıb. Bununla yanaşı, səhifədə həya­ta keçirilən təbliğat kampaniyası müd­dətində ölkəmiz cəlbedici destinasiya olaraq, ümumilikdə, 10,95 milyon insa­na nümayiş etdirilib.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Voyage” jurnalı tərəfindən “Da­yanıqlılıq mükafatları 2022 – Mədəni irsin mühafizəsi” nominasiyası üzrə qalib elan olunub.

XQ

Son xəbərlər