Bakıda, Qusarda və Salyanda yanğın olub

post-img

Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 90 m² olan kürsülü, ikimərtəbəli (hər mərtəbəsi 45 m²), 6 otaqlı evin 2-ci mərtəbəsinin bir otağında qaz sobasının ətrafı və ev əşyaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Məlumatı FHN-in mətbuat xidməti verib.

Qusar rayonunun Hil kəndində isə ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin yanar konstruskiyaları və içərisində ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğınlar mühafizə bölmələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Şilyan kəndi ərazisində də yanğın barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri əraziyə cəlb olunub. Açıq sahədə baş vermiş yanğının genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Açıq ərazidə 3 ha sahədə kol-kos və 1 ədəd elektrik dirəyi qismən yanıb.

Ərazidə yerləşən nasosxana və ətraf sahələr yanğından mühafizə edilib.

P.ƏMİRCANOV
XQ    

Sosial həyat