Kalsium – ürəyin sümüyü

post-img

Los-Anceles Sağlamlıq İnstitutunun alimləri müəyyən ediblər ki, kalsiumun təkcə sümük və dişlərin yox, ürək və damarların da sağlamlığında rolu böyükdür. 

Tədqiqatlar göstərib ki, qəfil ürək dayanma­sı yaşayan xəstələrin 70 faizinin əvvəllər ürək ilə bağlı problemi olmayıb. Buna görə də tibb sahəsində bu müəmmanın sirrini açmağa çalı­şırlar.

Alimlər araşdırmalar zamanı infarkt keçirən 267 nəfəri təhlil ediblər. Qəfil infarkt keçirən xəstələrin əksəriyyətinin qanında kalsiumun sə­viyyəsinin çox aşağı olduğu məlum olub. 

Xəstələrdən ürək tutmasına, təxminən, 90 gün qalmış analizlər götürülüb. Bu pasiyentlərdə qan zülalında kalsium normadan aşağı olub. Bu defisitə diabet, ağciyər və böyrək xəstələrində daha çox rast gəlinib.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat