Maliyyə Nazirliyində könüllü qanvermə aksiyası keçirilib.

post-img

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Fondunun elan etdiyi “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində keçirilən tədbir zamanı nazirliyin aparatının və tabeli qurumlarının əməkdaşları yüksək fəallıq nümayiş etdiriblər. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı yoxlanılıb və hərtərəfli tibbi müayinədən keçirilib, daha sonra onlardan qan götürülüb.

Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən tədarük olunan qan talassemiyadan əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.



Sosial həyat