Danimarkada yaşayan alim xalqımızı Prezident İlham Əliyevi dəstəkləməyə çağırıb

post-img

Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Məsud Aşina 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı Azərbaycan xalqına müraciət edib.

Müraciətdə deyilir:

“Əziz həmvətənlər! 2024-cü il müasir Azərbaycan tarixində keyfiyyətcə tamamilə yeni bir ildir. Hətta yeni səhifənin başlanğıcıdır. İlk dəfədir ki, ölkəmiz yeni ilə tamam yeni gündəmlə daxil olur. Dövlət başçısının da qeyd etdiyi kimi, biz ölkəmizin bütün ərazisi üzərində suverenliyimizi tam bərpa etmişik. 

Bundan sonra qarşımızda duran vəzifələr də tamamilə fərqli olacaq. Dövlətimizin bundan sonrakı missiyası Cənubi Qafqazda sülhün bərqərar olması, quruculuq işlərinin geniş vüsət alması və kommunikasiyaların qurulmasıdır. Bəli, Cənubi Qafqaza sülh gətirmək bizim ən ümdə vəzifəmizə çevrilib. Qarşıdan gələn seçkilər isə yeni ağ səhifənin açılmasının rəmzidir. 

Biz bu fürsəti düzgün qiymətləndirməli və tarixi missiyanı çiyinlərində daşıyan cənab Prezident İlham Əliyevi dəstəkləməliyik. Azərbaycanın və bütün regionun inkişafı naminə bu addımı atmalıyıq. Mən hər kəsdən seçkilərdə aktiv olmağı və düzgün seçim etməyi təvəqqe edirəm”. 

Sosial həyat