Baş prokuror: Müsabiqə yolu ilə işə qəbul olunmuş şəxslərin 9,3 faizini qadınlar təşkil edir

post-img

Prokurorluq orqanlarında 94 qadın əməkdaş çalışır.

Bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində bildirib.

Bildirilib ki, onların 54-ü 2002-2019-cu il ərzində keçirilmiş 21 müsabiqə, 40-ı isə 2020-2023-cü ildə keçirilmiş 4 müsabiqənin nəticəsində işə qəbul edilib.

“Müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslərin 9,3 faizini qadınlar təşkil edir. Hazırda rəhbər vəzifədə işləyən 10 qadın işçidən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1-i şöbə rəisi, 4-ü rayon prokuroru, 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir”, - deyə Baş prokuror qeyd edib.

Sosial həyat