FHN: Binəqədi rayonunda mebel sexi yanır

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ilkin məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Hadisə