Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyanın üzvü olan “Giləzi Quşçuluq” ASC Küveytə damazlıq yumurta ixrac edib.
Assosiasiyadan bildirilib ki, bu, Azərbaycanın quşçuluq sektorunda ilkdir.
Qeyd edək ki, son 3 ildə Azərbaycandan xaricə süfrə yumurtasının ixracı həyata keçirilir. Hazırda isə damazlıq yumurtanın ixracına başlanılır.