Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna sınıq və əzilmə xəsarətləri ilə 75 nəfər müraciət edib

post-img

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 137 nəfər müraciət edib ki, onlardan 75 nəfəri hava şəraiti ilə əlaqədar olaraq müxtəlif sınıq və əzilmə xəsarətləri olan vətəndaşlardır.

İnstitutdan bildirilib ki, xəsarət alanlardan 4-ü travma, 4-ü isə stasionara yerləşdirilib. Vəziyyətləri həkimlər tərəfindən yaxşı qiymətləndirilir. Digərlərinə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Qeyd edək ki, əvvəlki günlərlə müqayisədə ciddi fərq olmayıb. Belə ki, digər günlərdə 140, 127, 114 nəfər müxtəlif travmalarla institutun təcili tibbi yardım şöbəsinə müraciət ediblər.

Sosial həyat