Amerikalı ekspert: Fevralın 7-də keçiriləcək seçkilər Azərbaycan xalqının rifahı üçün mühüm fürsətdir

post-img

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri Azərbaycan xalqının gələcək inkişafı və rifahı üçün mühüm fürsətdir.

Bunu “secki-2024.az” saytına açıqlamasında amerikalı ekspert, Avrasiyada beynəlxalq münasibətlər və geosiyasət üzrə tədqiqatçı Piter Teys deyib.

Qarşıdan gələn prezident seçkilərini Azərbaycanın müasir tarixində tarixi məqam adlandıran ekspert əlavə edib: “Azərbaycanda seçki ənənəsi demokratiyanın mütərəqqi vəziyyətini mükəmməl şəkildə nümayiş etdirir. Budəfəki prezident seçkiləri ilk dəfə suveren Azərbaycan ərazisinin hər bir guşəsində baş tutacaq. Bu, əslində Azərbaycanın müasir tarixində şanlı bir səhifədir”.

Siyasət