Nicat Abasovun İddiaçılar Turnirində iştirakı təsdiq olunub

post-img

Azərbaycan şahmatçısı Nicat Abasovun İddiaçılar Turnirində iştirakı rəsmiləşib.

Bu barədə “XQ”yə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib. Beynəlxalq Şahmat Federasiyası yanvarın 14-də Nicat Abasovun mötəbər yarışda iştirakını təsdiqləyib. Reqlamentə əsasən Dünya kuboku yarışında ilk üç yeri tutan şahmatçı İddiaçılar Turnirində iştirak hüququna sahib olur. Yarışın qalibi Maqnus Karlsen turnirdə iştirak etməyəcəyi ilə bağlı FIDE-yə rəsmi məktub göndərib.
Ali şahmat qurumu turnirə vəsiqəni yarışda 4-cü yeri tutan Nicat Abasova verib.

Qeyd edək ki, bu ilin aprelində Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri keçiriləcək. Turnirin qalibi hazırkı dünya çempionu çinli Din Lirenlə qarşılaşaraq şahmat tacı uğrunda mübarizə aparacaq.

İdman