“Zaqreb Open”: 2 qızıl, bürünc medal

post-img

Güləş üzrə Xorvatiyada keçirilən “Zaqreb Open” turniri başa çatıb.

Yarışın son günündə komandamızın daha bir üzvü qızıl medal qazanıb. Belə ki, yunan-Roma güləşçimiz Ülvü Qənizadə (72 kq) həlledici görüşdə macarıstanlı Levente Levanı (7:0) məğlub edərək qalib adına layiq görülüb.

Bununla da, Azərbaycan güləşçiləri ilin ilk reytinq turnirinə 2 qızıl və 5 bürünc medalla yekun vurublar.

İdman