Bakıda oğurluq edənlər aşkarlanaraq saxlanılıb

post-img

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından hesabındakı 620 manat pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nəcəf Məmmədov müəyyən olunaraq saxlanılıb. 

Bakıxanov qəsəbəsi ərazisində üzərində 390 manat dəyərində açar dəsti, çanta, mobil telefon və dəbilqə olan 3200 manat dəyərində mopedin oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakinləri Mürsəl Səmədov və Yusif Mirzəyev müəyyən olunaraq saxlanılıblar. 

Nərimanov rayonu ərazisində yerləşən inşaat mağazalarının birindən dəyəri 2500 manatdan çox olan inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ariz İsmayılov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

XQ

Hadisə