Deputat Tovuz və Gədəbəydə şəhid ailələri ilə görüşüb

post-img

Milli Məclisin deputatı Arzu Nağıyev Qarabağda bu il sentyabrın 19-20-də keçirilmiş antiterror tədbiri zamanı Tovuz və  Gədəbəy rayonundan olan şəhid hərbçilərin ailə üzvləri ilə görüşüb. Eyni zamanda, şəhidlərin məzarları da ziyarət olunub. 

“XQ” xəbər verir ki, bu barədə danıça Arzu Nağıyev Vətən müharibəsində də yüzlərlə tovuzlu və gədəbəyli gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların vətənpərvərliyinin gələcək nəsillərə örnək olduğunu söylədi.

Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayan deputat əlavə etdi ki, belə vətənpərvər, mərd, ləyaqətli övladlar böyütdüklərinə görə şəhid ailələrinə təşəkkürünü bildirib. O, dövlətimizin və xalqımızın hər zaman şəhidlərimizin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə diqqət və qayğı ilə əhatə olunacağını qeyd etdi.

Deputat şəhid ailələri üzvlərinin qayğı və ehtiyacları ilə də maraqlanıb.

Rizvan FİKRƏTOĞLU

XQ

 





Sosial həyat