Azərbaycanın Ombudsman təsisatı ilə xarici ölkələrin müvafiq qurumları arasında 20-dən çox saziş imzalanıb

post-img

Fəaliyyətində beynəlxalq əməkdaşlığa hər zaman böyük önəm verən Azərbaycanın Ombudsman təsisatı ilə xarici ölkələrin ombudsmanları, milli insan hüquqları təsisatları və beynəlxalq insan hüquqları təşkilatları arasında əməkdaşlıq haqqında ümumilikdə 20-dən çox saziş imzalanıb.

Bunu  Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan həmin sazişlərin əsas məqsədi təsisatların Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrin ərazilərində və müqavilənin tərəfi olan ölkənin və ərazi vahidinin vətəndaşlarının ölkəmizdə hüquq və azadlıqlarının pozulması halları barəsində bir-birini vaxtında məlumatlandırması və onların bərpa edilməsinə öz səlahiyyətləri daxilində yardım göstərməsidir. Bu sənədlərə əsasən Ombudsman təsisatları insan hüquqlarının müdafiəsi sahəsində çalışan əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə vaxtaşırı təcrübə, fikir mübadiləsi aparmaq imkanı əldə edirl

ər.

 

Sosial həyat