Güləşçilərimiz 3 medal qazanıblar

post-img

Sərbəst güləşçilərimiz “Zaqreb Open”də 3 medal qazanıblar. 

Pəhləvanlarımızdan Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) turnirin birinci günündə bürünc medala sahib olublar. 

Xorvatiyada keçirilən yarışın ikinci günündə Azərbaycanın üç güləşçisi xalça üzərinə çıxacaq.

Kişilər arasında Vaxit Qalayev (125 kiloqram) misirli Diaeldin Abdelmottalib ilə qarşılaşacaq. Eyni çəki dərəcəsində mübarizə aparan Georgi Meşvildişvilinin rəqibi hələlik dəqiqləşməyib.

Qadınların mübarizəsində isə Gültəkin Şirinova (55 kiloqram) ukraynalı Mariya Vinniklə üz-üzə gələcək.

XQ

İdman