AFFA əməkdaşları beynəlxalq forumda iştirak edirlər

post-img

Türkiyənin Antalya şəhərində üçüncü "Winter League Convention" Futbol biznes forumu öz işinə başlayıb.

AFFA-nın rəsmi saytına istinadən xəbər verilir ki, tədbirdə təşkilatçıların dəvətilə milli assosiasiyanın əməkdaşları da iştirak edirlər. Bununla əlaqədar qurumun Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov, Futbolda Sosial Məsuliyyət üzrə meneceri Kifayət Mustafayeva, Qeydiyyat və Statistika Şöbəsinin rəhbəri Seymur Səlimli, eləcə də “Qarabağ" Futbol Akademiyasının rəhbəri Aftandil Hacıyev Türkiyəyə ezam olunublar.

Qeyd edək ki, forum yanvarın 13-dək davam edəcək.

İdman