Samuxda şəhid ailələri ziyarət edilib

post-img

Ölkə Prezidentinin müvafiq tapşırıqlarına əsasən şəhid ailələri hər yerdə olduğu kimi, Samux rayonunda da daim diqqət mərkəzində saxlanılır. 

Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhid ailələri ilə növbəti görüş keçirib. Görüş çərçivəsində Samux rayonu Alabaşlı qəsəbəsindən olan, təlim-məşq uçuşları həyata keçirən zaman şəhid olan Atakişiyev Rəşad Saləddin oğlunun və Samux rayonu Köbər kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Dostuyev Elçin Murad oğlunun məzarları və ailələri ziyarət edilib.

Daha sonra tədbir iştirakçıları şəhidlərin ev muzeyi ilə tanış olublar. Şəhidlərin keçdikləri çətin və şərəfli döyüş yolundan söz açılıb. Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Hamlet QASIMOV,

XQ-nin bölgə müxbiri, Samux rayonu

 



Sosial həyat