Tomas de Vaal: Azərbaycan Qarabağ ermənilərinə qarşı zorakılıq tətbiq etməyib

post-img

Ermənilərin Qarabağdan köçü dinc xarakter daşıyıb. Təbii ki, yolda ölənlər var, amma Azərbaycan tərəfində zorakılıq olmayıb.

Bu barədə Karnegi Fondunun aparıcı tədqiqatçısı Tomas de Vaal “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirib.

O deyib ki, ruslar ermənilərin Qarabağdan sülh yolu ilə köçməsinə şərait yaradıblar. 

Ermənistanın Rusiyadan asılı olmamaq, xarici əlaqələrini, müdafiə və təhlükəsizlik siyasətini şaxələndirmək istiqamətində addımlar atmağa başladığına toxunan ekspert qeyd edib ki, Ermənistan həmişə Rusiyadan asılı olub: “Ermənistanda qazın 80 faizdən çoxu hələ də Rusiyadan gəlir - Gürcüstan ərazisindən keçməklə. Buğdanın 90 faizi Rusiyadan gəlir. Aydındır ki, Rusiya ilə ticarət əhəmiyyətini saxlamaqda davam edir. Rusiyanın Lars keçid məntəqəsini bağlaması Ermənistan iqtisadiyyatına təsir edir”.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət