COP29-un prezidenti Muxtar Babayev “X” sosial şəbəkəsində rəsmi hesabını açıb

post-img

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev “X” sosial şəbəkəsində rəsmi hesabını açıb https://twitter.com/COP29_AZ .

Hesabda ilk yerləşdirilən məlumat Azərbaycan Respublikası Prezidentinin Muxtar Babayevin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti müəyyən edilməsi haqqında Sərəncamı barədədir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək.

Sosial həyat