Tovuz rayonunda  1090 ailəyə bayram sovqatı aparılıb

post-img

   31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Tovuz rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan  şəhid ailələrinə, Qarabağ müharibəsi  əlillərinə və aztəminatlı ailələrə  ümumilikdə 1090  ailəyə bayram sovqatı paylanmışdır.

    Şəhid ailələrin, Qarabağ müharibəsi əlillərin və aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində sosial müdafiə tədbirlərinin həyata keçirilməsi cənab Prezident İlham Əliyev tərəfindən həmişə diqqət mərkəzində saxlanılır, onlara maddi və mənəvi dəstək göstərilir.

    Bayram sovqatı  alan  ailələr onların sosial vəziyyəti ilə bağlı həyata keçirilən dövlət siyasətindən razılıqlarını ifadə etmiş, cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
     

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri



Sosial həyat