Mina partlayışı zamanı xəsarət alan ANAMA-nın əməkdaşı Gəncə xəstəxanasına təxliyə edilib

post-img

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində yaralanan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun vəziyyəti qənaətbəxşdir.

Ağdam Rayon Mərkəzi Xəstəxanasından bölgə müxbirinə bildirilib ki, xəsarət alan şəxsə bütün zəruri ilkin tibbi dəstək göstərilib və Gəncə klinik xəstəxanasına təxliyə olunub.

Qeyd edək ki, işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sosial həyat