Səfir: Azərbaycanın COP29-u uğurla həyata keçirəcəyinə şübhə yoxdur

post-img

Azərbaycanın COP29-u uğurla həyata keçirəcəyinə şübhə yoxdur. Biz Birləşmiş Ərəb Əmirlikləri olaraq səmimi bir şəkildə öz təcrübəmizi sizinlə bölüşməyə hazırıq.

Bunu Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən “Azərbaycan təbiəti” kitabının təqdimat mərasimində deyib: "Bildiyiniz kimi, bu il Birləşmiş Ərəb Əmirlikləri COP-28-ə ev sahibliyi etdi. Bununla da Birləşmiş Ərəb Əmirlikləri sübut etdi ki, təbiəti qorumaq üçün biz birləşə və onun mühafizəsi istiqamətində iş görə bilərik. Hamımız təbiətin dəyərini və onunla harmoniyada yaşamağı bilməliyik".

"Azərbaycan nümayəndə heyətini və Prezident İlham Əliyevi COP-28-də qəbul etmək bizim üçün böyük şərəf idi. Eyni zamanda COP-29-un təşkilatçılığı ilə bağlı qardaş ölkə Azərbaycana bildirmək istəyirəm ki, Azərbaycan bu təşkilatçılığı uğurla həyata keçirəcək", - deyə o qeyd edib.

Sosial həyat