Azərbaycan ağsaqqalları uğurlarımızı alqışlayırlar

post-img

Dünən Azərbaycan Ağsaqqallar Şurasının ümumi yığıncağı keçirilib. Şuranın sədri, Milli Məclisin deputatı Eldar Quliyev qurumun 2023-cü ildəki fəaliyyətindən danışıb. 

Qurum rəhbəri bildirib ki, cari ildə təş­kilat ölkəmizdəki ictimai-siyasi proses­lərdə yaxından iştirak etməklə xalqımızın milli mənafeyinə xidmət göstərib. Qarşıya qoyulan əsas məqsəd ölkənin ictimai-si­yasi, sosial-iqtisadi və humanitar inkişafı­na, cəmiyyət həyatının müxtəlif məsələlə­rinin həllinə ağsaqqalların töhfəsini təmin etmək, xüsusilə, yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələri­mizə hörmət ruhunda tərbiyə edilməsin­də və maariflənməsində ağsaqqalların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, əxlaqi normaların və sağlam həyat tərzinin geniş təbliğini həyata keçir­mək olub.

Ümumi yığıncaqda Azərbaycan Ağ­saqqallar Şurasının Nəzarət-təftiş komis­siyasının da hesabatı dinlənilib.

Şura sədrinin birinci müavini, Milli Məclisin deputatı Əhliman Əmiraslanov, Şura sədrinin müavini, Milli Məclisin de­putatı Eldar İbrahimov, İdarə Heyətinin üzvləri – akademik Abel Məhərrəmov, professor Misir Mərdanov və başqaları çıxış edərək, qurumun cari ildəki fəaliyyə­tinin qənaətbəxş olduğunu diqqətə çatdı­rıblar. 

Ümumi yığıncağın sonunda qəbul edilən bəyanatda bildirilir: 

– Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev yolunu, irsini ən layiqli şəkildə davam etdirir. O, Ata vəsiyyətini yerinə yetirərək Qarabağı, onun tacı olan Şuşanı azad etdi. 3 ay əvvəl isə qalib Ko­mandan Xankəndini separatçıların əsarə­tindən qutardı. Bu gün bütün Qarabağda, Şərqi Zəngəzurda şanlı Azərbaycan Bay­rağı qürurla dalğalanır. 

Biz xoşbəxt insanlarıq ki, xalqımızın, dövlətimizin bu xoşbəxt günlərini gör­mək nəsibimiz oldu. Bu gün Azərbaycan çoxəsrlik tarixinin ən qüdrətli dövlətdir! Bundan sonra Azərbaycanı ancaq qələ­bələr gözləyir. Bu yol qələbə, təhlükəsiz­lik, əmin-amanlıq, rifah, inkişaf yoludur!

XQ



Sosial həyat