Şəmkir mərkəzi şəhər parkı yeni görkəmdə

post-img

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş plana əsasən şəhərin parklarında aparılan abadlıq işləri artıq yekunlaşıb.

Abadlıq işləri aparılan parklardan biri də şəhərin ən böyük və əhalinin daha çox üz tutduğu Şəmkir Şəhər Mərkəzi Parkıdır. 

Mərkəzi parkda aparılmış abadlıq işləri çərçivəsində parkın elektrik və işıqlandırma sistemi yenidən qurulmuş, sıradan çıxmış lampalar yeniləri ilə əvəz olunmuş, işıq dirəkləri, o cümlədən skamyalar, tullantı qabları təmir olunaraq rənglənmişdir. 

Bununla yanaşı Şəmkir Şəhər Mərkəzi Parkında əvvəllər mövcud olmuş velosiped yolu bərpa edilərək asfalt örtüyü salınmış, müvafiq xətlər çəkilmişdir. İlk dəfə olaraq parkda kiçik yaşlı sakinlərin əyləncəsi üçün uşaq oyun meydançası, eyni zamanda digər yaş qruplarından olanların sağlam həyat tərzinin təmin olunması üçün açıq idman meydançası yaradılıb, idman qurğuları quraşdırılıb. 
       

Hamlet Qasımov,

XQ -nin bölgə müxbiri, Şəmkir





















Sosial həyat