Gəncə idmançıları Moskvadan qızıl və gümüş medallarla qayıtdılar

post-img

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Dünya Təchizatsız Poverliftinq Federasiyasının 9-cu Dünya Çempionatında birincilik, Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Uşu idman növü üzrə Avropa çempionatında ikincilik əldə edən Gəncə idmançıları Nizami yurduna qayıdıblar. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Park-Kompleksində yerləşən “Zəfər Tağı”nın önündə idmançılarımızın qarşılanma mərasimi təşkil olunub.
 
Doqquzuncu Dünya Çempionatında 3 hərəkətdən toplam 867,5 kiloqram nəticə ilə birincilik əldə edən Vüsal Ağalarov, 3 hərəkətdən 485 kiloqram toplayaraq yeniyetmələr arasında I yerə layiq görülən Orxan Mahmudov, Deadlift növündən 180 kqiloqram nəticə ilə Gənclər arasında I yer mükafatçısı Nicat Əsgərov, həmçinin Türkiyənin İstanbul şəhərində keçirilən Uşu idman növü üzrə Avropa çempionatında 56 kiloqram çəki dərəcəsində gümüş medal qazanmış Elçin Quliyev coşğu ilə qarşılanıblar.
 
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov və şəhərin idman ictimaiyyətinin nümayəndələri qalib idmançıları təbrik edib, uğurlarının davamlı olmasını arzulayıblar.

Hamlet Qasımov,

X.Q.-nin bölğə müxbiri, Gəncə









Sosial həyat