Biləsuvarda Rusiya zavodunun nümayəndələri ilə görüş

post-img

Biləsuvar DAİM və “Agro Tac” MMC-nin təşkilatçılığı və Rusya Federasiyasının “FOSAGRO” zavodunun nümayəndələrinin iştirakı ilə fermerlərlə görüş keçirilib.

Görüşdə zavodun istehsal etdiyi gübrələrdən istifadə qaydaları, keyfiyyət göstəriciləri, məhsuldarlığa təsiri, torpağın iqlim şəraitinə uyğun gübrələrin tətbiqi mövzuları müzakirə olunub. Zavod nümayəndələri fermerləri maraqlandıran bir sıra suallara aydınlıq gətiriblər.

Gələcəkdə bu kimi görüşlərin keçirilməsi, fermerlərin bu istiqamətdə maarifləndirilməsi ilə bağlı görüşlərin keçirilməsi barədə razılıq əldə edilib. 

 

Rizvan FİKRƏTOĞLU

XQ



Sosial həyat